
Novruz və Ramazan bayramları ilə bağlı qeyri-iş günlərinin sayı artırılıb.
Reyting.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Beləliklə, Novruz və Ramazan bayramları ilə bağlı tətil 12 gün davam edəcək. Yəni 20-31 mart tarixlərində Azərbaycanda iş günü olmayacaq.
Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.