AZ

Azərbaycanda ardıcıl 12 gün iş olmayacaq – QƏRAR

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Turkustan.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar imzalayıb.

Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 20-24 mart Novruz bayramı olduğu üçün qeyri-iş günləri hesab olunur. 22-23 mart tarixləri şənbə bazara təsadüf etdiyindən 25-26 mart da qeyri-iş günü olacaq.

Bundan əlavə, 30-31 mart Ramazan bayramı qeyd ediləcək. Beləcə 20-31 mart tarixləri Azərbaycanda qeyri-iş günləri olacaq./bizim.media

Seçilən
114
49
turkustan.az

10Mənbələr