20-31 mart tarixlərində Azərbaycanda iş olmayacaq.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
KONKRET.az xəbər verir ki, bununla 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyri-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u və aprelin 1-i iş günü hesab edilir.