Milyarder İlon Mask 13-cü dəfə ata olub.
AzPost bildirir ki, 26 yaşlı amerikalı yazıçı Eşli Sent Kler sahibkardan uşaq dünyaya gətirdiyini bildirib.
“Beş ay əvvəl uşaq dünyaya gətirdim. Atası İlon Maskdır. Mən uşağı qorumaq üçün əvvəllər bu barədə danışmamışdım. Amma son günlər məlum oldu ki, tabloidlər bunun verə biləcəyi zərərə baxmayaraq, bu barədə məlumat verməkdə qərarlıdırlar”- qız xəbər verib.
İlon Mask hələlik bu məlumatı şərh etməyib.