Muğlanın Ula rayonunda bir müddət əvvəl dünyasını dəyişən Fatma A.-nın keçmişdə gizli eşq macərası yaşadığı Mustafa Uyanıkdan 50 il əvvəl qız övladı dünyaya gəlib.
News24.az “Sabah”a istinadən xəbər verir ki, Fatma A. bu sirri saxlayıb və qızı Berrin N.-nin (50) atası olaraq rəsmi nikahdakı həyat yoldaşı Mahir A.-nı qeyd etdirib. Mahir A. Mustafa Uyanıkı 1982-ci ildə meşədə arvadı ilə birlikdə yaxalayıb və öldürüb.
Mahir A. bir müddət həbsdə qaldıqdan sonra sərbəst buraxılıb. Berrin N. bir il əvvəl bacısı ilə mirasla bağlı mübahisə edərkən həqiqəti öyrənənə qədər Mahir A.-nı əsl atası hesab edirdi.
Bacısının "Atamın payına girmə. Sən atamın varisi deyilsən" dedikdən sonra Berrin N.-nin bioloji atasının 41 il əvvəl Mahir A. tərəfindən öldürülən Mustafa Uyanık olduğu üzə çıxıb.
Günel Məlikzadə

