AZ

136 saylı orta məktəbdə uşaq sığınacağının sakinləri ilə görüş- FOTO

136 saylı orta məktəbdə uşaq sığınacağının sakinləri ilə görüş keçirilib.

AzPost xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 136 saylı orta məktəbdə təhsil alan “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüşüb.

Şagirdləri sinif otağında ziyarət edən X.Əhmədzadə uşaqlarla səmimi söhbət edib, dərsləri ilə maraqlanıb, gələcək arzularını dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşün əsas məqsədi uşaq sığınacağının sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləməkdən ibarətdir.

Daha sonra uşaqlar üçün əyləncəli oyunlar və interaktiv fəaliyyətlər təşkil olunub, onlara arzuladıqları oyuncaqlar, intellektual legolar hədiyyə edilib.

Sevincli anların yaşandığı görüşdən xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, paytaxtdakı digər məktəblərdə təhsil alan uşaq evlərində məskunlaşmış azyaşlıların ziyarət olunması da nəzərdə tutulur.

Seçilən
11
3
azpost.info

5Mənbələr