Bakı. Trend:
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 9,2 minişsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunmasıplanlaşdırılır.
Trendxəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi məlumat yayıb.
Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlimkursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruribilik və bacarıqlar öyrədilir.
"Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadifəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təminedilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.
Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxsözünüməşğulluq proqramına cəlb olunub",- deyə məlumatda qeydedilib.