AZ

Bu il neçə nəfər özünüməşğulluq proqramına cəlb olunacaq?

Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 9,2 min işsiz və işaxtaran şəxsin özünüməşğulluq proqramına cəlb olunması planlaşdırılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqram iştirakçıları üçün ilk növbədə təlim kursları təşkil olunaraq, onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilir.

"Kursları uğurla başa vuran şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin edilməklə, onlar üçün kiçik təsərrüfatlar qurulur.

Ümumilikdə ötən dövrdə 95 mindən çox işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb olunub",- deyə məlumatda qeyd edilib.

Seçilən
64
12
hafta.az

10Mənbələr