AZ

Zaqatalada ikiotaqlı ev yanıb

Zaqatala, 15 fevral, AZƏRTAC

Zaqatalada ikiotaqlı evdə yanğın olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əliabad kəndində qeydə alınıb.

Hadisə nəticəsində kənd sakini Xədicə Musayevaya məxsus ikiotaqlı, ümumi sahəsi 70 kvadratmetr olan mənzil əşyalarla birlikdə yanıb. Yanğında xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
76
6
azertag.az

10Mənbələr