AZ

Zaqatalada ikiotaqlı ev YANDI - FOTO

Axşam radələrində Zaqatalanın Əliabad kəndində mənzillərdən birində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Əliabad kənd sakini Xədicə Musayevaya məxsus ikiotaqlı, ümumi sahəsi 70 kvadratmetr olan mənzildə yanğın baş verib.

Məlum olub ki, qadın oğlunun evində yaşadığından hadisə baş verən zaman o mənzildə olmayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsininmaşın və canlı üzvvəsi cəlb edilib.

Yanğın söndürülsə də evdəki bütün məişət əşyaları məhv olub.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
70
23
bizim.media

10Mənbələr