AZ

Bakı-Quba yolunda ağır qəza: 4 pakistanlı yaralandı

Bakı - Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb. Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
80
21
yenisabah.az

10Mənbələr