Bakı - Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az "Report"a istinadla xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.