AZ

Diniyevin komandası 10 nəfərlə məğlub oldu

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 25-ci tur çərçivəsində səfərdə "Koçaelispor"la qarşılaşıb. 

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Coşqun da bu görüşün iştirakçısı olub. O, bu matçın 83-cü dəqiqədə Tunşan Ergülü əvəzləyərək meydana daxil olub. 

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 5-ci yerdədir. "Koçaelispor" isə 54 xalla liderdir.  

15 fevral

"Koçaelispor" - "Çorum" - 2:0 
Qollar:
Çaqlayan, 2, Vukoviç, 72
Qırmızı vərəqə: Yazqan, 56 ("Çorum")

Seçilən
33
3
teleqraf.com

10Mənbələr