AZ

Coşqunun komandası uduzdu

Coşqun Diniyev Türkiyənin 1-ci liqasında növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 25-ci tur çərçivəsində səfərdə "Koçaelispor"la qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Coşqun da bu görüşün iştirakçısı olub. O, bu matçın 83-cü dəqiqədə Tunşan Ergülü əvəzləyərək meydana daxil olub.

Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 5-ci yerdədi. "Koçaelispor" isə 54 xalla liderdi.

Seçilən
75
3
football-plus.az

10Mənbələr