AZ

Tramp-Putin görüşünün mümkün TARİXLƏRİ AÇIQLANDI

ABŞ və Rusiya yüksək rütbəli rəsmiləri gələn həftə Səudiyyə Ərəbistanında görüşərək iki ölkə liderləri arasında Ukraynada sülh nizamlanmasına dair danışıqlara zəmin hazırlayacaqlar.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, iştirakçılar arasında çox güman ki, prezidentlərin milli təhlükəsizlik müşavirləri də olacaq. Onların məqsədi mart ayına qədər Rusiya və Amerika liderləri arasında görüş üçün vaxt təyin etmək olacaq.

Mənbələrdən biri qeyd edib ki, Aİ ölkələrinin əksəriyyəti Rusiya və ABŞ-ın görüşə hazırlıqla bağlı atdığı addımlardan hələlik xəbərsizdir:

"Orada Ukrayna rəsmilərinin də olması gözlənilir, lakin onlar da Moskva ilə Vaşinqton arasında baş verənlərdən tam xəbərdar deyillər", - sözügedən mənbə bildirib.

Xatırladaq ki, fevralın 12-də Tramp və Rusiya Prezidenti Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur.

Telefon danışığı 1,5 saat davam edib. Tramp Putinin ABŞ-a səfərini səbirsizliklə gözlədiyini bildirib və liderlərin görüşünün Səudiyyə Ərəbistanında baş tuta biləcəyini də bildirib. Putin də öz növbəsində Trampı Moskvaya dəvət edib.

Bu söhbətdən sonra Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edib. ABŞ liderinin fikrincə, Zelenski ilə söhbət yaxşı keçib.

Tramp tərəflərin yaxın vaxtlarda atəşkəslə bağlı razılığa gələ biləcəklərinə əmin olduğunu bildirib.

Zelenski isə qeyd edib ki, Ukrayna hamıdan çox sülh istəyir.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
60
36
Demokratikmusavat.com

10Mənbələr