Rusiya ilə sülh razılaşması əldə olunarsa, Britaniya qoşunlarını Ukraynada yerləşdirməyə hazırdır.
Demokratikmusavat.com“Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Keyr Starmer yazdığı məqaləsində bildirib.
Onun sözlərinə görə, Moskvadan növbəti hücumlar olacağı təqdirdə Britaniya qüvvələrini risk altında qoya bilər.
Bu, Britaniya liderinin müharibə başlayandan sonra Ukraynada mümkün qoşun yerləşdirilməsi ilə bağlı ilk açıq bəyanatıdır.
Starmer vurğulayıb ki, Britaniya 2030-cu ilə qədər təxminən 3,7 milyard dollarlıq maliyyə yardımı da daxil olmaqla, Ukraynanın təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa hazırdır.