Bu gün UFC-də döyüş gecəsi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı döyüşçü Nazim Sadıxov da bu gün əsas kartda oktaqona çıxacaq. Onun rəqibi braziliyalı İsmael Bonfim olacaq.
Əsas kartın gözlənilən döyüşü isə Jared Kannonyer və Qreqori Rodriqes arasında baş tutacaq.
Qeyd edək ki, əsas kartın döyüşləri bu gecə saat 04:00-dan etibarən start götürəcək.