Bu gün UFC-də döyüş gecəsidir.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı döyüşçü Nazim Sadıxov da əsas kartda oktaqona çıxıb. Onun rəqibi braziliyalı İsmael Bonfim olub.
Azərbaycanlı döyüşçü I raundda rəqibini texniki nokautla məğlubiyyətə uğradıb. Belə ki, Nazim ayaqla rəqibin üzünə zərbə endirib, üzündə qan açılan braziliyalının taleyi isə fasilədə texniki nokaut qərarı ilə həll edilib.