Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın hadisəsi baş verib.
Bu barədə Dogru.az – a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Baş vermiş yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.