AZ

Bakıda beşmərtəbəli binada yanğın söndürülüb, sakinlər təxliyə olunub – FOTO

Bakının Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada  yanğın hadisəsi baş  verib.

Bu barədə Doğru.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Baş vermiş yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

DOĞRU.AZ

image-c3cdfbda-7d1f-39dc-ad97-c7b2ac7fb636 image-c991fba8-6b9e-3770-bad6-c63dce1e2f72

Seçilən
74
12
dogru.az

10Mənbələr