AZ

Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu

Amerikalı yüngül atlet Qrant Fişer Bostonda Dünya Atletika Assosiasiyasının (World Athletics) himayəsi altında keçirilən turnirdə qapalı məkanda 5 000 metr məsafəyə qaçış üzrə dünya rekordunu qırıb.

Paralel.az verir ki, Fişer məsafəni 12 dəqiqə 44.9 saniyəyə qət edib. 2004-cü ildən bu nailiyyət Efiopiya təmsilçisi Keninisa Bekeleyə məxsus idi - 12 dəqiqə 49.06 saniyə.

Xatırladaq ki, bazar günü Nyu-Yorkda keçirilən turnirdə Fişer 3 000 metr məsafəyə qaçışda da dünya rekordunu yeniləyib.

Qeyd edək ki, amerikalı atlet Paris Olimpiya Oyunlarında beş və on min metr məsafələrə qaçışda ikiqat bürünc medal sahibidir.(oxu.az)

Seçilən
54
9
paralel.az

10Mənbələr