AZ

XİN başçısı: Çin Aİ ilə açıq əməkdaşlığa ümid edir

Çin Avropanın azad əməkdaşlıq və azad ticarət prinsiplərinə sadiq qalacaq və Çinin narahatlıqlarına hörmətlə yanaşacağına ümid edir.

Bakıvaxtı.az Çin XİN-ə istinadən xəbər verir ki, bunu xarici siyasət idarəsinin rəhbəri Van Yi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fransalı həmkarı Jan-Noel Barro ilə görüşdə bildirib.

“Ticarət ziddiyyətləri Çin – Avropa əməkdaşlığı prosesində problemdir. <...> Çin ümid edir ki, Aİ açıq əməkdaşlıq prinsiplərinə sadiq qalacaq, azad ticarəti dəstəkləyəcək, Çinə doğru irəliləyəcək və bir-birinin məntiqli narahatlıqlarına diqqət yetirəcək”, – Van Yi qeyd edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər – süni intellektin inkişafı, qlobal əməkdaşlıq və Rusiya – Ukrayna müharibəsi barədə fikir mübadiləsi aparıblar.

Çinli nazir ölkəsinin prinsipial mövqeyini təkrarlayıb və “bütün maraqlı tərəflərin konsensusuna əsaslanan sülh danışıqlarının davamlı irəliləməsinə və Avropada balanslaşdırılmış, səmərəli və davamlı təhlükəsizlik sisteminin yaradılmasına” ümid etdiyini bildirib.

Seçilən
69
5
bakivaxti.az

10Mənbələr