Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 701,6 milyonmanat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılarsatılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 36 milyonmanat və ya 5,4% çoxdur.
Toxuculuq məhsulları, geyim və ayaqqabılar üzrə ticarətdövriyyəsinin yekunda xüsusi çəkisi 14,5% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarətşəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarətdövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilərvə tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1%artıb.