AZ

Premyer Liqa: “Neftçi” bu gün “Qarabağ”la üz-üzə gələcək

Misli Premyer Liqasının XXIII turunda bu gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

AzPost xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürəcək.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. “Ağ-qaralar” 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk oyununda “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIII tur

16 fevral

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.

VAR: Rauf Cabarov.

AVAR: Rahil Ramazanov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Tovuz şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

“Neftçi Arena”

Qeyd edək ki, ötən gün “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

Seçilən
51
15
azpost.info

10Mənbələr