AZ

“Neftçi” bu gün “Qarabağ”la QARŞILACAQ

Misli Premyer Liqasının XXIII turunda bu gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

KONKRET.az xəbər verir ki, qarşılaşma saat 19:00-da start götürəcək.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. “Ağ-qaralar” 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk oyununda “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.

Seçilən
59
13
konkret.az

10Mənbələr