AZ

Ötən ay ərzaq və qeyri-ərzaq məhsullarına nə qədər pul xərclənib? - SİYAHI

2025-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq məhsul satılmışdır. 

Valyuta.Az Dövlər Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Ötən ilin yanvar ayı ilə müqayisədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənən vəsait 1,8 faiz, qeyri-ərzaq mallarına xərclənən vəsait isə 6,1 faiz artmışdır.

Ötən ay xərclərin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Məhsulun adı Xərclənən vəsait (milyon)
Ərzaq məhsulları 2406.2
içkilər və tütün məmulatları 230.3
toxuculuq məhsulları,  geyim və ayaqqabılar 701.6
elektrik malları və mebellər 222.2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 62.1
əczaçılıq məhsulları və tibbi avadanlıqlar 112.3
avtomobil benzini və dizel yanacağı 271
digər qeyri-ərzaq malları 837.1
Valyuta.Az

 

 

Həmçinin məlumatda qeyd olunb ki, ərzaq məhsullarına xərclənən vəsait ümumi məbləğin (4.8 milyard manat) 49,7 %-ni , içkilər və tütün məmulatları 4,7 %-ni, toxuculuq məhsulları, geyim və ayaqqabılar 14,5 %-ni, avtomobil benzini və dizel yanacağı 5,6 %-ni, elektrik malları və mebellər 4,6 %-ni, əczaçılıq məhsulları və tibbi ləvazimatlar 2,3 %-ni, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 13 %-ni , digər qeyri-ərzaq mallarının alınmasına xərclənən vəsait isə 17,3 %-ni təşkil etmişdir.

 Rəhim 

Seçilən
46
13
valyuta.az

10Mənbələr