AZ

İdmançımız UFC-də 10-cu qələbəsini qazandı - Video

Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıqov UFC promouşenində növbəti qələbəsini qazanıb.

Axar.az Report-a istinadla xəbər verir ki, "UFC Fight Night" 251 turniri fevralın 16-na keçən gecə ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib.

Yüngül çəkidə çıxış edən N.Sadıqov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçüsünün Bonfimin sağ göz nahiyəsinə ayaqla uğurlu zərbə endirməsi olub. Braziliyalı ilk 5-dəqiqəlik raundun sonuna qədər tab gətirə bilib.

Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.

Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.

Seçilən
64
13
axar.az

10Mənbələr