AZ

Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazandı

Qarışıq döyüş növləri üzrə Azərbaycanı təmsil edən Nazim Sadıxov UFC promouşenində növbəti qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, fevralın 16-na keçən gecə Amerika Birləşmiş Ştatlarının Nevada ştatının Las Veqas şəhərində “UFC Fight Night” 251 turniri keçirilib.

Yüngül çəkidə çıxış edən Nazim Sadıxov bu yarışda Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.

Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçünün Bonfimin sağ göz nahiyəsinə ayaqla uğurlu zərbə endirməsi olub. Braziliyalı ilk 5-dəqiqəlik raundun sonuna qədər tab gətirə bilib.

Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.

Beləliklə, Nazim Sadıxov UFC-də 10-cu qələbəsini qazanıb.

Seçilən
61
13
arena.az

10Mənbələr