Fevralın 16-da səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
13 avtomobilin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunublar. Yaralılar Ucar və Göyçay Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib. Onlara həkimlər tərəfindən müvafiq tibbi yardım göstərilir.
Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə, hadisəyə əlverişsiz hava şəraiti və yolun sürüşkənliyi səbəb olub. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /AZƏRTAC