AZ

Ucarda zəncirvarı qəza: Ölən və xəsarət alanlar var

Fevralın 16-da səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, 13 avtomobilin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, 12 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal yol patrul xidməti əməkdaşları, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunublar. Yaralılar Ucar və Göyçay Rayon Mərkəzi xəstəxanalarına yerləşdirilib. Onlara həkimlər tərəfindən müvafiq tibbi yardım göstərilir.

Seçilən
15
2
demokrat.az

3Mənbələr