AZ

Bir ayda geyim-kecimə 700 milyon manatdan çox PUL XƏRCLƏNİB

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 701,6 milyon manat dəyərində toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 36 milyon manat və ya 5,4% çoxdur.

Toxuculuq məhsulları, geyim və ayaqqabılar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 14,5% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1% artıb. /Trend

Seçilən
49
16
medianews.az

10Mənbələr