"Əsas olan komandanın qələbəsidir".
İdman.biz xəbər verir ki, "Ayın qolu" layihəsində qalib olan "Kəpəz"in futbolçusu Turan Manafov bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Müdafiəçi bildirib ki, əsas olan "Kəpəz"in uğur qazanmasıdır: "Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Məğlub olsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".
Qeyd edək ki, Turanın "Turan Tovuz"a (5:2) matçın 17-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu qol “Ayın qolu” seçilib.
İdman.biz