"Ayın qolu" layihəsində qalib olan "Kəpəz"in futbolçusu Turan Manafov klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, bu barədə fikirlərini bildirib:
"Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım. Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur. Məğlub olsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".
Qeyd edək ki, Turanın "Turan Tovuz"a (5:2) matçın 17-ci dəqiqəsində cərimə zərbəsindən vurduğu qol “Ayın qolu” seçilib.
Rəşad Sadıqov: “Vacib qalibiyyət əldə etdik”
"Sumqayıt" yenə qol vura bilmədi, "Zirə"dən 3 aldı - YENİLƏNİB
Samir Abasov: "Qarabağ"ın nə qədər güclü olduğunu bilirik"
"Kəpəz"in müdafiəçisi "Şamaxı" ilə matçı buraxacaq
"Məktəblərdə Futbol Dərsi" layihəsi davam edir