Braziliyanın San-Paulu əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, təyyarənin San-Pauludan təxminən 160 kilometr aralıda, Quadra bölgəsində qəzaya uğradığı bildirilir.
Səlahiyyətlilər təyyarədəki iki nəfərin cəsədinin tapıldığını açıqlayıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”