AZ

Daha bir təyyarə qəzası: ölənlər var

Braziliyanın San-Paulu ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Publika.az xəbər verir ki, qəzadan sonra bölgəyə axtarış xilasetmə qrupları cəlb edilib.

Səlahiyyətlilər hadisənin səbəbləri ilə bağlı ətraflı araşdırma aparılacağını bildiriblər. Braziliya Mülki Aviasiya Agentliyi və yerli hakimiyyət orqanları təyyarənin qəzaya uğramasının səbəbini müəyyən etmək üçün texniki araşdırmaya başlayıb.

Son zamanlar San-Paulu ştatında baş verən təyyarə qəzaları diqqət çəkir. 2024-cü il yanvarın 9-da və fevralın 7-də baş vermiş qəzalarda 3 nəfər həlak olub, 5 nəfər yaralanıb. 9 avqust 2024-cü ildə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 62 nəfər həyatını itirib. Regionda təyyarə qəzalarının sayının artması aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Seçilən
11
2
publika.az

10Mənbələr