"Red Bull" komandasının pilotu Maks Ferstappen Formula 1 tarixində sürücülər sıralamasında 1000 gün birinci pillədə qalan ilk sürücü olub.
Milli.Az xəbər verir ki, niderlandlı İspaniya Qran Prisini qazandığı andan 22 may 2022-ci ildən etibarən geri sayım başlayıb. O gündən bəri o, heç vaxt zirvəni itirməyib.
Şəxsi sıralamada günlərin sayına görə ikinci yerdə "Ferrari"nin sabiq sürücüsü Mixael Şumaxerdir (2000-2003-cü illər arasında 896 gün). Həmçinin üçüncü göstərici də ona məxsusdur (2003-2005-ci illərdə 630 gün). /Publika.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
