Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ozan Kökçü Finlandiyada diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi şərəfini qoruduğu HİK klubunun heyətində qol vurub. Ozan Finlandiya kuboku çərçivəsində KTP ilə görüşdə fərqlənib.
72-ci dəqiqədə meydançaya çıxan futbolçumuz bundan 3 dəqiqə sonra rəqib qapısına yol tapıb. Oyun HİK-in 4:0 hesabı qələbəsi ilə yekunlaşıb. /Offsideplus.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
