ARB TV-nin efirində yayımlanan “5 Üz” verilişinin final buraxılışı mərhum aktyor Azər Baxşəliyevə həsr olunub.
“Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı Elşən Orucovdostu haqqında fikirlərini bölüşdükdən sonra onun qızına avtomobil hədiyyə olunduğunu açıqlayıb.
“İstəyirik ki, “5 Üz”ün finalının qalibi Züleyxa balamız olsun. Təbrik edirəm, gözəl balam. Əmilərin hər zaman sənin arxandadırlar. Atana qismət olmadı, inşallah ki, əmilərinə qismət olacaq səni xoşbəxt görmək. Bu avtomobili əmilərin sənə hədiyyə edir. Həmişə gözəl günlərinə yığışaq, mənim gözəl balam. Veriliş bitən kimi avtomobili şəxsən özüm sənə təqdim edəcəyəm”, - deyə E.Orucov bildirib.
Xatırladaq ki, Azər Baxşəliyev yanvarın 5-də uzunsürən xəstəlikdən sonra vəfat edib.