Misli Premyer Liqasının XXIII turunda daha bir oyun keçirilib.
Yenisabah.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.
Oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 1:0.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 44 xalla ikinci, "Turan Tovuz" 39 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Neftçi"nin qonağı olacaq. Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.
Telegram kanalımız