"Turan Tovuz" Misli Premyer Liqasında "Araz-Naxçıvan"ı məğlub edib.
Publika.az xəbər verir ki, XXIII turun Tovuz şəhər stadionunda baş tutan oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
47-ci dəqiqədə Naxçıvan təmsilçisinin heyətində İqor Ribeyro qırmızı vərəqə alıb. 86-cı dəqiqədə Hayderson Hurtado qalibiyyət qoluna imza atıb.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 44 xalla ikinci, "Turan Tovuz" 39 xalla 4-cü pillədə qərarlaşıb.