"Ookla" analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə internet sürətinin reytinqini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Sinqapur sabit genişzolaqlı internetin sürəti üzrə liderdir, mobil internetin sürəti üzrə isə lider Birləşmş Ərəb Əmirlikləridir (BƏƏ).
Sinqapurda yükləmə sürəti 336.45 Mbit/s-ə təşkil edib. Reytinqdə sonrakı yerləri BƏƏ (310.05 Mbit/s), Honkonq (305.71 Mbit/s), Fransa (287.44 Mbit/s) və İslandiya (281.95 Mbit/s) tutub.
Azərbaycan bu reytinqdə 66.91 Mbit/s göstərici ilə 90-cı yerdədir.
Suriya və Kuba orta yükləmə sürəti təxminən 3 Mbit/s olmaqla sonuncu yerdə qərarlaşıb.
İllik müqayisə göstərib ki, qlobal yükləmə sürəti 2024-cü ilin yanvar ayı (91.93 Mbit/s) ilə müqayisədə 5.7 Mbit/s artıb.
Mobil internet baxımından qlobal yükləmə sürəti 91,24 Mbit/s-ə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə (50 Mbit/s) iki dəfə artıb.
BƏƏ mobil internet reytinqinə 545.94 Mbit/s orta yükləmə sürəti ilə başçılıq edir. Daha sonra Qətər (521.51 Mbit/s), Küveyt (314.39 Mbit/s), Bolqarıstan (252.,05 Mbit/s) və Bəhreyn (213.09 Mbit/s) gəlir. Azərbaycan isə 70 Mbit/s sürətlə 54-cü yerdədir./oxu.az