1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Sportingpedia" dünyanın ən bahalı liqalarının reytinqini açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahı çempionatlarda çıxış edən bütün futbolçuların təxmini dəyərinə əsaslanaraq tərtib edilib.
Ən bahalı çempionat İngiltərə Premyer Liqası hesab olunub. "Dumanlı albion"da futbolçuların ümumi dəyəri 11.77 milyard avro olaraq qiymətləndirilir.
İlk üçlükdə növbəti yerlərdə İspaniya La Liqası (5.29 milyard) və İtaliya A seriyası (5.07 milyard) qərarlaşıb.
Siyahının sonrakı sıralarında Almaniya Bundesliqası (4.48 milyard), Fransa Liqa1 (3.52 milyard), Braziliya A seriyası (1.63 milyard), Portuqaliya Premyer Liqası (1.59 milyard), Niderland Erediviziyası (1.28 milyard), ABŞ və Kanada komandalarının çıxış etdiyi MLS (1.24 milyard) və Türkiyə Superliqası (1.15 milyard) yer alıb.