Dünya şöhrətli iki fizik, Paolo Bassani və Joau Maqeyho Kainatın məhz Bibliyada təsvir edildiyi kimi yaradıldığını iddia edən sensasiyalı bir tədqiqat dərc ediblər.
hakimiyyet.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, alimlərin "Kainatı necə yaratmalı" adlı məqalələri ABŞ-nin nüfuzlu Kornell Universitetinin saytında dərc olunub.
Bassani və Mageiho bunu riyazi dillə sübut etdiklərini iddia edirlər.
Fiziklər görkəmli riyaziyyatçı Andrey Markov tərəfindən hazırlanmış mürəkkəb riyazi aparatdan istifadə edərək sübut edə biliblər ki, planetimiz və bütün Kainat ilkin xaosdan yaranıb, tədricən işıq sürəti və qravitasiya kimi dəyişməz fiziki sabitləri olan nizamlı dünya formalaşdırıb.
Bu nəticə dünyanın yaradılışının Bibliyadakı təsvirlə tam uyğun gəlir.
Lakin alimlər elmi dünyagörüşü ilə Əhdi-Ətiqin hərfi mətni arasında bəzi uyğunsuzluqları da qeyd ediblər. Onların sözlərinə görə Bibliyada Yaradan antropomorf obrazda təqdim edilsə də, fizika baxımından onu Kainatdakı bütün proseslərin əsasında duran vibrasiyalar və enerji toplusu kimi təsvir etmək olar.