1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə Xudat - Qusar avtomobil yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qoz ağacına çırpılıb.
Nəticədə sürücü, Xudat şəhər sakini Murad Məlikməmmədov hadisə yerində keçinib. Həmin avtomobildə olan sərnişin, Qusar rayon sakini Gülnar Hüseynova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.