1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya səfiri Sergey Kopırkinin xidməti maşını qar səbəbindən İrəvanda avtomobil qəzasına uğrayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti açıqlama verib.
Məlumata görə, qəza nəticəsində Kopırkin və sürücüsü yüngül xəsarət alıb. Onlara zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, qar səbəbindən İrəvanda və Ermənistanın digər bölgələrində yol şəraitində çətinliklər yaranıb.