AZ

ABŞ-da güclü tufan: 9 nəfər həyatını itirdi

ABŞ-ın Kentukki və Corciya ştatlarında baş vermiş güclü tufan nəticəsində 9 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, yolları və evləri su basması nəticəsində 8 nəfər Kentukki ştatında həyatını itirib.

Qubernator Endi Beşarın sözlərinə görə, bir sutkadan az müddətdə bölgədə mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Hazırda ştatda 300-dən çox yol bağlanıb.

Daha bir nəfər Corciya ştatında ölüb.

Qərbi Virciniya, Virciniya, Kentukki, Arkanzas, Corciya və Tennessi ştatları daşqın xəbərdarlığı altındadır.

Bizim.Media

Seçilən
36
7
bizim.media

8Mənbələr