AZ

ABŞ-də təbii fəlakət olub - 9 nəfər öldü

ABŞ-nin Kentukki və Corciya ştatlarında baş vermiş güclü tufan nəticəsində 9 nəfər ölüb. SİA xəbər verir ki, yolları və evləri su basması nəticəsində 8 nəfər Kentukki ştatında həyatını itirib. Qubernator Endi Beşarın sözlərinə görə, bir sutkadan az müddətdə bölgədə mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Hazırda ştatda 300-dən çox yol bağlanıb. Daha bir nəfər Corciya ştatında ölüb. Qərbi Virciniya, Virciniya, Kentukki, Arkanzas, Corciya və Tennessi ştatları daşqın xəbərdarlığı altındadır.

Seçilən
37
7
sia.az

8Mənbələr