Fransız şturman və "Dakar" rallisinin dördqat çempionu Matye Bomel sağ ayağının amputasiya olunacağını açıqlayıb.
hakimiyyet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yayımlanan videoda deyib:
"Bildiyiniz kimi, 15 gün əvvəl acı bir hadisə yaşadım. Xəstəxanaya yerləşdirildim və hələ də oradayam. Özümü daha yaxşı hiss etdiyimi deyə bilərəm. Amma həyatımda çox mühüm bir qərar qəbul etməli olduğumu bildirməliyəm - sağ ayağım amputasiya olunacaq. Ayağım üçün tamamilə yeni karbon sistem quraşdırılacaq, amma bu artıq mənim ayağım olmayacaq. Sol ayağıma gəldikdə isə onu düzəltmək üçün iki əməliyyat keçiriləcək", - idmançı məlumat verib.