Kursk vilayətinin işğalından bəri Ukrayna Silahlı Qüvvələri bu bölgədə 61 mindən çox əsgər itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Fevralın 16-na olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Kurskda 61 010 döyüşçüsünü, həmçinin minlərlə texnikasını itirib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Rusiya ordusunun Kurskdakı itkilərinin 48 min olduğunu, bunun 20 mininin öldürüldüyünü açıqlamışdı./axar.az