AZ

Süni intellekt də qocalır?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu süni intellekt (Sİ) əsaslı böyük dil modellərinin yaşlandıqca idrak qabiliyyətlərinin azalmasını sübut ediblər.
Oxu.Az xəbər verir ki, araşdırma BMJ elmi jurnalında dərc olunub.
Komanda "ChatGPT", "Gemini" və digər məşhur çat-botları Monreal İdrak Qiymətləndirmə Testi (MoCA) ilə sınaqdan keçiriblər.
Bu test adətən insanlarda Alzheymer xəstəliyi və ya demensiya kimi idrak pozğunluqlarını müəyyən etmək üçün istifadə olunur. Test diqqət, yaddaş, dil bacarıqları, vizual qavrayış və icra funksiyaları ilə bağlı tapşırıqları özündə cəmləşdirir.
Nəticələr göstərib ki, neyron şəbəkələr bəzi tapşırıqların yaxşı öhdəsindən gəlirlər, lakin keçmişi xatırlama ilə bağlı çətinlik çəkirlər.
Məsələn, "ChatGPT"nin son versiyası (versiya 4) 30 baldan 26 bal toplayaraq insan üçün normal göstərici əldə edib. Daha köhnə versiya olan "Gemini" 1.0 isə cəmi 16 bal toplayaraq mümkün "idrak zəifləməsi"ni büruzə verib.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, onların nəticələri müşahidə xarakteri daşıyır və Sİ ilə insan ağlı arasında birbaşa müqayisə kimi qəbul edilə bilməz. Lakin onlar xəbərdarlıq edirlər ki, aşkar edilən zəifliklər Sİ-nin klinik tibdə, xüsusilə vizual abstraksiya və icra funksiyaları tələb edən tapşırıqlarda tətbiqini ləngidə bilər.
Seçilən
94
50
oxu.az

10Mənbələr